BaşlıcaErməni Soyqırımı

Fransa Senatı Erməni Soyqırımının inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib

Fransa Senatı oktyabrın 14-də Erməni Soyqırımının inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 156, əleyhinə isə 146 nəfər səs verib. Bu barədə “Armenpress” Fransadakı erməni təşkilatlarının koordinatoru Murad Papazyana istinadən məlumat yayıb.

“Bu kifayət qədər ciddi bir müvəffəqiyyətdir və bunu üçün biz çox çalışdıq. Unutmayaq ki, türklər ciddi lobbiçilik həyata keçirmişdilər, lakin Senat yay ayında parlamentdə qəbul etdiyi qərara səs verib. Bu göstərir ki, Fransa Parlameneti Erməni Soyqırımının inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib”,-deyə Murad Papazyan bildirib. Onun sözləri ilə, türklər özlərini dəstəkləyən 60 deputat tapacaqlar və bunu Konstitusiya Məhkəməsinə təqdim edəcəklər. Demək olar ki, orada da müzakirə olunacaq.

Fransa parlamentinin aşağı palatasının (Milli Mәclis) deputatları iyul ayında “Bərabərlik və vətəndaşlıq” adlı qanun layihəsindә dәyişiklikәrin qәbul olunmasına sәs veriblәr, bununla bәşәriyyәtә qarşı törәdilmiş bütün cinayәtlәri, o cümlәdәn Ermәni Soyqırımını dananlar vә inkar edәnlәr  üçün cәza müәyyәnlәşdirilir. Bəzi deputatların fikrincə, bu layihədən Erməni Soyqırımının inkar edilməsinə görə cəza nəzərdə tutan qanunu çıxarılmalı idi, lakin erməni icması çox sey göstərib və ona çatıb ki, Senata yay ayında parlamentin aşaǧı palatasında qəbul edilmiş qanun layihəsini təqdim ediblər.

Daha çox göstər
Back to top button