Təhlil

Karen Karapetyan: “Ermənistan-Rusiya əlaqələrinin inkişafı üçün böyük potensial var”

ER Baş naziri Karen Karapetyan Yerevanda açılmış Ermənistan-Rusiya beşinci regional forumunu təcrübə mübadiləsi və biznesin inkişafı üçün faydalı platforma hesab edir. “Armenpress”-in verdiyi məlumatlara görə, Karen Karapetyan konfrans iştirakçılarını salamlayaraq vurğuladı: “Ermənistan-Rusiya beşinci regional forumunun həyata keçirilməsi üçün çox şadam və əminəm ki, bu, optimal qərarlar tapmaq, təcrübə mübadiləsi və biznesin inkişafı ilə bağlı həmfikirlərə faydalı platforma olacaq. Ermənistan-Rusiya əlaqələrinin yüksək səviyyəsinə baxmayaraq, düşünürəm ki, bunların daha da gücləndirilməsi üçün böyük potensialımız var. Avrasiya çərçivəsində keçirilən beynəlxalq inteqrasiya prosesləri buna yalnız kömək edə bilər”.

Karen Karapetyan Avrasiya əməkdaşlıq beynəlxalq konfransının iştirakçılara səmərəli işlər dilədi. O qeyd etdi ki, çox oxşarlıqlar  və konfrans içtirakçıların güclü əlaqələri var. Baş nazir iştirakçılara uğurlar və səmərəli işlər arzulayıb.

Konfransın açılışına RF Nəqliyyat naziri Maksim Sokolov, Avrasiya İqtisadi Komissiyasının sədri Tigran Sargsyan, ER Prezident Administrasiyasının rəhbəri Armen Gevorgyan qatılıblar.

Daha çox göstər
Back to top button