Maksim Sokolov: Rusiya Ermənistan ilə əlaqələrinin inkişafına daha böyük yer ayrılacaq

Rusiya Ermənistan ilə əlaqələrinin inkişafına daha çox diqqət ayrılacaq. Bu haqda Ermənistan-Rusiya beşinci regional forumunun və Avrasiya əməkdaşlıq birinci beynəlxalq konfransının açılış mərasimində RF Nəqliyyat naziri Maksim Sokolov bildirib.
Sokolov: “Ticarət və sənaye sektorunda Ermənistanın əsas tərəfdaşı Rusiyadır və biz Rusiya-Ermənistan əlaqələrinin inkişafına daha da böyük yer ayrılmaq niyyətindədir. RF Ermənistan iqtisadiyyatının əsas investorudur və artıq 4 milyard dollarlıq investitya qoyulub. Ermənistanda 1200-dən çox müəssisələr Rusiya kapitalı ilə işləyirlər”.
Sokolov eyni zamanda deyib ki, Ermənistanla Rusiyanı birləşdirən yeganə yolu olan Yuxari Larsla malların daşımasının sadələşdirilməsi istiqamətində işlər aparılır. Onun sözlərinə görə, keçmiş ildə Larsda AİB ölkələri üçün artıq nəzərdə utulmuş ayrı yol var və beləcə malların daşıması daha asan keçirilir.
“Biz ümumi nəqliyyat siyasəti və açıq səma yaradılması üçün aktiv şəkildə çalışırıq”,-deyə Sokolov vurğulayıb. O, eyni zamanda AİB ölkələri arasında əməkdaşlığın və əlaqələrin daha da genişləndirməsinə böyük əhəmiyyət verdi.