Təhlil

Rusiya DQ münaqişəsinin nizamlanma məsələsində nikbin deyil

“Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”.

Bunu Rusiya Federasiyasının prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, bununla belə Rusiya Yerevan və Bakı ilə işi davam etdirəcək.

Bu haqda RİA Novosti məlumat verir.

Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. O qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur.

“Lakin mən bir daha qeyd edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur”, – deyə o vurğulayıb.

Rusiyanın Ermənistana silah göndərməsinin səbəblərinə dair sualın cavabında Uşakov deyib ki, Rusiya Ermənistanın müttəfiqidir və tərəfdaşları ilə razılıq əldə etdiyi silahları onlara göndərə bilər.

“Məncə, burada heç kim üçün, o cümlədən azərbaycanlı tərəfdaşlar üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi, Azərbaycana da silah göndərilir”, – o vurğulayıb.

Daha çox göstər
Back to top button