Siyasət

Vigen Sargsyan “Rostex”-in sədr müavini ilə birgə müəssisələrin yaradılma perspektivlərini müzakirə edib

Silah və müdafiə texnologiyalarının “ArmHiTec-2016” birinci beynəlxalq sərgisi çərçivəsində ER Müdafiə naziri Vigen Sargsyan Rusiya Federasiyasının “Rostex” dövlət korporasiyasının baş direktor müavini Dmitri Şugayev ilə görüşüb.

BU barədə “Armenpress”-ə ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Görüş zamanı informasiya texnologiyaları, müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı sənaye əməkdaşlığı və birgə müəssisələrin yaradılma perspektivləri müzakirə edilib.

ER Müdafiə naziri qonağa “ArmHiTec-2016” beynəlxalq sərgisi çərçivəsində  uğurlar və səmərəli fəaliyyətlər dilədi və qeyd etdi ki, iki ölkənin təhlükəsizliyi və müdafiəsinin daha da gücləndirməsi üçün əməkdaşlığın davamlı inkişafı zərurətdir.

Daha çox göstər
Back to top button