Təhlil

İran dini liderinin nümayəndəsi azərbaycanlıların kimliyini açıqladı

İranın dini liderinin nümayəndəsi Azərbaycan şiələrinə təşəkkür etdi. Bu haqda İranın “İMNA” xəbər agentliyi məlumat verib.

Məlumatlara görə, Ərdəbil vilayətində İİR dini liderinin nümayəndəsi ayətullah Seyid Həsən Amili cümə namazında Azərbaycan hakimiyyəti tərəfindən Aşuranın keçirilməsinə qarşı edilən məhdudiyyətlərinə toxunaraq deyib ki, “İlk növbədə, bu xüsusi məhdudiyyətlərdə Aşura matəm mərasimlərində iştirak edən Azərbaycan şiələrinə təşəkkür edirəm”.

O əlavə  etdi ki, “əgər azərbaycanlıların kimliyini açıqlamaq lazım olursa, “Aşura” və “Hüseyn” deyə bilirik, çünki azərbaycanlııar ilk əvvəl “Hüseyn”, sonra azərbaycanlıdırlar.

İranın KİV-lərinə görə, Aşura günlərində Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş xüsusi əməliyyatlar nəticəsində dini aksesuarlar satan bir sıra mağazalar qapatıldı, 5 nəfər həbs edildi, onlardan biri isə, Gəncə din xadimi Azad Əliyevdir.

Daha çox göstər
Back to top button