BaşlıcaSiyasət

KTMT üzv dövlətlərinin rəhbərləri DQ münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaları dəstəkləndiklərini ifadə ediblər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaları dəstəkləndiklərini bildiriblər. Bu haqda KTMT kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlər ilə müsahibədə ER Prezidenti Serj Sarkisyan bildirib.

“Bu razılaşmalar münaqişə zonasında gərginliyin qarşısını almaq, vəziyyəti sabitləşdirmək və münaqişənin sülh yolu ilə nizamlanma prosesinin davamı üçün şəraitlər yaradmak məqsədi daşıyır. İclasda Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasının zəruriliyini təsdiq edilib”,-deyə Serj Sarkisyan qeyd etdi.

Prezident əlavə etdi ki, KTMT-nə üzv dövlət başçıları ATƏT-in Minsk qrupu həmsədrlərini DQ münaqişəsinin nizamlanma məsələsində beynəlxalq hüquq, BMT-nin nizamnaməsi, Helsinki yekun aktı üzrə güc və təhdidin tədbiq etməməsi, dövlətlərin ərazi bütövlüyü, bərabərlik və öz müqəddəratını təyin etmək hüququ çərçivəsində dəstəkləndiklərini ifadə ediblər.

Daha çox göstər
Back to top button