Ermənistan-İran ortaq “Karvaçar” filminin çəkilişləri final mərhələsinə çatıblar

“İranlı erməni rejisör Anahit Abatın Ermənistan-İran birqə “Karvaçar” filminin çəkilişləri final mərhələsinə çatıb. Çox yaxşı film olub”.
Bunu “Panorama.am” ilə müsahibədə Ermənistan Milli Film Mərkəzinin direktoru Gevorg Gevorgyan bildirib.
O qeyd etdi ki, film Qarabağ mövzusundadır və çəkilişlər Qarabağda aparıldı, lakin İran tərəfinin də bu filmin yaradılmasında böyük rolu var.
Bu filmin yaradılmasında iştirak edən İran tərəfinin nə marağı vardı suala gəlincə G.Gevorgyan cavab verib ki, “Rejisor ermənidir. Ssenarı bəyəndilər. Buna yalnız erməni müvzusu kimi baxmadılar, əksinə filmin süjetini və keyfiyyət göstəricilərinə baxdılar. Beləliklə rejisorun bir debüt filmi olduğunu görüncə dəstəkləməsinə qərarına veriblər”.
Onun sözlərinə görə, ilkin razılaşma var idi “əgər bu film müvəffəqiyyət qazanırsa, Ermənistan-İran birgə film istehsalına başlamaq üçün geniş müqavilə imzalanacaqlar.
Qeyd edək ki, “Karvaçar” filmi “Farabi” kino şirkəti və Ermənistan Milli Film Mərkəzinin əməkdaşlığı ilə hazırlanılır.