Təhlil

Ermənistan KTMT kiber təhlükəsizlik strategiyasının qəbuluna əhəmiyyət verir

Ermənistan üçün informasiya texnologiyaları sektorunun inkişafı prioritetdir.

“Armenpress”-in verdiyi məlumatlara görə, bu haqda KTMT üzv dövlətlərinin informasiya  təhlükəsizliyi məsələləri üzrə iclasında ER Milli Təhlükəsizlik Şurasının katibi Yuri Xaçaturyan bildirib. O vurğulayıb ki, İT sektoru Ermənistan iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarından biridir.

İnformasiya  təhlükəsizliyinin rolunu həddindən artıq qiymətləndirmək çətindir. 2009-cu il iyunun 26-da Ermənistanda informasiya təhlükəsizliyinin konsepsiyası qəbul edilib. Buna görə də, Ermənistanın informasiya texnologiyaları sektorunda milli prioritetlərini təqdim ediblər. İnformasiya təhlükəsizliyinin əsas təhdidləri və bunları təmin etməsinin xüsusiyyətlərimizi müəyyən edilib”,-deyə Xaçaturyan qeyd etdi.

Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan kiber təhlükəsizliyin yalnız dövlətlərin deyil, beynəlxalq təhlükəsizliyin bir məsələsi olduğunu yaxşı bilir və beləliklə, KTMT dövlətlərinin kiber təhlükəsizlik problemlərinin müzakirə olunmasına və təşkilat tərəfindən kiber təhlükəsizlik strategiyasının qəbuluna böyük əhəmiyyət verir.

Daha çox göstər
Back to top button