Siyasət
KTMT dövlətlərinin rəhbərləri Yerevanda Qarabağ münaqişəsini müzakirə ediblər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də Yerevanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.
RF Prezidenti KTMT-nın Yerevanda keçirilən iclasında iştirak edib. Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar: “KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən Yerevanda Qarabağ problemini müzakirə etdik”.