Təhlil

A.Krilov: KTMT üzvlərinin DQ məsələsinin yalnız sülh yolu ilə həllinə dair bəyanatı atəşkəs rejimini pozan tərəf üçündür

Yerevandan və Moskvadan müxtəlif natiqlər video zənglə “Rusiya-Ermənistan əməkdaşlığı. Mövcud vəziyyəti və perspektivləri” mövzusunda bir sıra məsələləri mzakirə ediblər. Müzakirələrdə iştirak edənlər əsas olaraq müxtəlif inteqrasiya birlikləri çərçivəsində bir çox sahələrdə inkişaf olunan Rusiya-Ermənistan əməkdaşlığına toxunublar.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi, Qafqazşünaslar Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krilov Yerevanda keçirilən KTMT sesyasında Dağlıq Qarabağ ilə bağlı bəyanata toxunaraq deyib: “KTMT üzvlərinin Dağlıq Qarabağ məsələsinin yalnız sülh yolu ilə həlli barədə olan bəyanat aydındır ki, atəşkəs rejimini pozan tərəf üçündür. Təhlükəsizlik mexanizmləri ciddi alət olacaq, çünki bundan sonra Azərbaycan öz hərəkətlərini təcavüzlərə qarşı bir tədbir olaraq göstərə bilməyəcək”.

MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının sədri, hərbi ekspert, general-mayor Levon Stepanyan Qarabağ məsələsinə toxunaraq qeyd etdi ki, “ölkələr bu məsələ ilə bağlı ortaq məxrəc taparlarsa, çox yaxşı olar. Strateji tərəfdaşımızın düşmənimizə silah verməsini, Rusyadan oraya yüksək vəzifəli ziyarətləri görüncə özümə bir sual soruşuram: Silah satmaq nə deməkdir? Bu, artıq iki ölkə arasında bir əlaqə yaradır. Məni düzgün anlayın, amma Sovet İttifaqının dağılmasından sonra burada böyümüş bir genc oğlanı inandırmaq çox çətindir, ki ona qarşı niyə rus silahlarından atəş açırlar. Biz onu inandıra bilmirik ki, bu yalnız biznesdir. Rusiyanın dediyi kimi, “əgər biz satmazsaq da, Azərbaycan başqa ölkədən ala bilir”. Bu cavab Yerevanda artıq inandırıcı deyil. Prezidentimiz Serj Sarkisyan bu haqda artıq bildirmişdi. Əgər bunu Dövlət başçısı bildiysə, bununla hesablaşmaq lazımdır.

Aleksandr Krilov qəbul edib ki, apreldə ciddi boşluqlar vardı. “Düşünürəm ki, rus tərəfi bu olaylardan nəticələr çıxardı və son hərbi paradda gördük ki, bu vəziyyət hansı yolla həl olunacaq”.

Daha çox göstər
Back to top button