AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında bir daha qalmaqal olmayacq

AŞPA-nın növbəti sessiyasında Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin sədrləri görüşüb AŞPA platformu Qarabağ məsələsinin qarşıdurma platformuna çevrilməməsinə dair məsələni müzakirə edəcəklər. Bu haqda Parlamentdə jurnalistlər ilə müsahibədə Ermənistan nümayəndə heyətinin sədri Hermine Nağdalyan bildirib.
“Biz AŞPA prezidenti cənab Agramunt ilə görüşdük və müzakirə etdik ki, AŞPA-nın, tənzimləyici məsələlər baxımından, nümayəndələr üçün bu qədər əhəmiyyətli olan müvzuya heç bir təsiri yoxdur və ola bilmir. Qarabağ məsələsinə gəlincə AŞPA platformu tərəflər üçün döyüş meydanına çevrilir. Cənab Agramunt öz təşəbbüsünü dilə gətirərək deyib ki, nöbəti sesyada Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin sədrləri görüşəcəklər və görüş zamanı gələcəkdə belə qalmaqalların qarşısını aınmaq üçün fəaliyyətlərini müzakirə edəcəklər”,-deyə Hermine Nağdalyan bildirib.
Nağdalyan deyib ki, günahlandırıcı ifadələri istisna olunmalı və AŞPA-da müzakirə mövzusu olmamalı.