
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun qalmaqallı bəyanatına münasibət bildirib. XİN bəyanatında qeyd olunur ki, Yerevanın prinsipial mövqeyi odur ki, Ermənitan-Türkiyə münəsibətlərinin tənzimlənməsi qeyri-şərtsiz olmalıdır.
Keçən cümə günü Yerevanda baş tutan KTMT zirvəsində jurnalistlərlə brifinqdə Lavrov Qarabağ münəqişəsinin həllində Türkiyənin rolunu əhəmiyyətli saydı.
Rusiya TASS İnformasiya Agentliyinin bildiridiyinə görə, Sergey Lavrov deyib: “Əgər birdən Ermənistan və Türkiyə Qarabağ münaqişəsi ilə bağlı olmadan razılaşmaların yerinə yetirilməsinə başlasa, biz yalnız xoşbəxt olarıq. Ancaq hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əsas məqam olacaq”.
Ermənistan XİN mətbuat sözcüsü Tigran Balayana “Azatututyun” (Azadlıq) Radiosunun sual verib- Ermənistan üçün Lavrovun bəyanatı nə qədər məqbuldur?
Balayan deyib: “İllər boyunca Rusiyanın ən yüksək səviyyədə səsləndiridiyi mövqeyi bizim mövqeyimizə üst-ütsə düşür: prinsipial mövqeyimiz odur ki, Ermənistan-Türkiyə münəsibətlərinin normallaşması qeyri-şərtsiz olmalıdır. Biz bu mövqeyimizdə sadiq olaraq qalırıq. Hesab etmirəm ki, Rusiyanın mövqeyi dəyişdi”
2009-da Sürixdə imzalanmış Ermənistan-Türkiyə əlaqələrinin tənzimlənməsi barədə protokolundan sonra rəsmi Ankara və Bakı Ermənistandan Dağlıq Qarabağ münəqişəsi ilə bağlı güzəştə getmək istəyirlər.