Təhlil

Aİ Ermənistan və Azərbaycan xalqları arasında etimadın formalaşmasında maraqlıdır

Cənubi Qafqaz və Gürcüstan məsələləri üzrə Aİ xüsusi nümayəndəsi Herbert Zalber bu həftə Ermənistana gələcək. “Armenpress”-in verdiyi məlumatlara görə, bu haqda oktyabrın 18-də Ermənistanda Aİ nümayəndə heyətinin başçısı səfir Pyotr Svitlovski bildirib.

Svitlovski qeyd etdi ki, Zalberinin mandat komponentlərindən biri Ermənistanda və Azərbaycanda insanlar arasında əlaqələrin və etimad atmosferinin formalaşmasıdır.

“Avropa İttifaqı Ermənistan və Azərbaycan xalqları arasında etimadın formalaşmasına töhfə edən layihələri maliyyələşdirir. Səfir Zalber də belə proqramların həyata keçirilməsi üçün imkanlar tapacak”,-deyə Svitlovski bildirib.

Daha çox göstər
Back to top button