Beynəlxalq

BMT-nin İnsan Haqları Komitəsi Azərbaycandakı vəziyyəti müzakirə edəcək

Azərbaycanda insan haqlarının vəziyyəti 20-21 oktyabr tarixlərində Cenevrə şəhərində BMT-nin İnsan Haqları Komitəsi tərəfindən müzakirə olunacaq. Bu barədə Turan-a BMT-nin Azərbaycan nümayəndəliyindən bildiriblər.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) ratifikasiya etmiş 168 Dövlətdən biri kimi, Azərbaycandakı vəziyyətin Komitə tərəfindən nəzərdən keçirilməsi tələb olunur.

18 beynəlxalq müstəqil üzvdən ibarət olan Komitə Azərbaycan Hökumətinin nümayəndə heyəti ilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı ilə (MSHBP) bağlı bir sıra məsələləri müzakirə edəcək. Üzvlər həmçinin QHT nümayəndələri ilə brifinq keçirəcəklər.

 

Azərbaycan insan haqları üzrə öhdəliklərinin həyata keçirilməsi ilə bağlı Komitəyə hesabat təqdim edib, eyni zamanda bir sıra qeyri-hökumət təşkilatı Komitədə baxılmaq üçün hesabat təqdim edib. Ətraflı məlumat aşağıdakı səhifədən əldə edilə bilər:

30-da Cenevrədəki “Palais des Nations” sarayında Azərbaycan və digər ölkələrlə (Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya və Mərakeş) bağlı nəticələri müzakirə etmək üçün mətbuat konfransı keçirəcək. Rəsmi olaraq yekun nəticələr kimi tanınan həmin nəticələr noyabrın 4-də bu saytda nəşr olunacaq:

Dövlətlərin nümayəndələri kimi deyil,  dünyada fərdi nümayəndə qismində çıxış edən insan hüquqları üzrə müstəqil mütəxəssislərdirlər. Komitənin yekun nəticələri Dövlətlərin Saziş üzrə insan haqları öhdəliklərinə nə dərəcədə riayət etdiklərinin müstəqil qiymətləndirilməsidir.

Daha çox göstər
Back to top button