BaşlıcaBeynəlxalq

DQ məsələsiylə vasitəçilər oktyabrın son ongünlüyündə regiona səfər edəcək

Dağlıq Qarabağ nizamlanmasıyla məşğul olan ATƏT MQ həmsədrləri Ermənistan və Azərbaycana oktyabrın son ongünlüyündə səfər edəcək.

Bu haqda MQ-nun rus həmsədri İqor Popov bəyan edib.

”Biz regiona oktyabrın üçüncü ongünlüyündə getmək üçün hazırlaşırıq.Azərbaycana, Ermənistana səfər edəcək və Qarabağda olacağıq.

Rəhbərlik və hərbiçilər ilə görüşmək ehtimalı olunur.Vyana və Sankt Peterburq sammitlərində əldə olunmuş şərtləşmələrin həyata keçirilməsi prosessini müşahidə etmək fikrindəyik”-deyərək Popov bəyan edib.

Onun sözlərincə, həmsədrlər Ermənistan və Azərbaycanın rəhbərləriylə danışıq prosesinin perspektivliyinə dair hazırkı iş təkliflərini hesaba almaqla müzakirələr keçiriləcək.

“Münaqişə xəttində hərbi vəziyyəti dəqiqləşdirəcəyik ki, o da bizim dəyərləndirməyimizcə aprel hadisələrindən sonra son vaxtlara kimi qismən sabit vəziyyətdəydi”-deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button