Təhlil

Karen Bekaryan: “KTMT bəyanatı ilə təsdiq edilib ki, Sankt-Peterburq və Vyana formatlarına qayıtmaq lazım”

KTMT bir daha da təsdiq etdi ki, siyasi prosesi irəli sürən şəraitlərin yaradılması üçün Sankt-Peterburq və Vyana formatlarına və razılaşmalarına qayıtmaq lazım. Bu həqiqətən vacibdir. Bu haqda Yerevanda baş tutmuş KTMT zirvəsinin nəticələri ilə Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş bəyanata toxunaraq “Panorama.am”-a müsahibədə ER Parlamentinin deputatı, “Avropa inteqrasiya” QHT sədri Karen Bekaryan bildirib.

Onun sözlərinə görə, KTMT tərəfindən qəbul edilmiş bəyanatın bir neçə hədəfləri vardı və bunlardan ən önəmlisi bu bəyanatın qəbul olunma faktı idi. ER Parlamentinin deputatı deyib ki: “İndi KTMT bir daha da təsdiq etdi ki, siyasi prosesi irəli sürən şəraitlərin yaradılması üçün Sankt-Peterburq və Vyana formatlarına və razılaşmalarına qayıtmaq lazım. Bu bizim üçün çox vacibdir. Bu bir daha da təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll ola bilər. Üçüncüsü, bu bir daha da göstərdi ki, bu üç prinsip bir-birindən ayrılmazdır (ərazi bütövlüyü, güc tədbiq etməməq və xalqların öz müqəddəratını təyinetmə hüququ). KTMT bəyanatında bütün bunlar təsdiq olunub. Düşünürəm ki, bu,  xalqımız, beynəlxalq ictimaiyyəti, vasitəçilər və əlbəttə ki Azərbaycan üçün bir müsbət mesaj oldu”,-deyə Karen Bekaryan vurğulayıb.

Daha çox göstər
Back to top button