Beynəlxalq

”Nation Brands 2016” hesabatı: Azərbaycan ciddi geriləmə göstərib

Azadliq.org yazır ölkənin milli imicinin həmin ölkədə yerləşən brendlərə (markalara) və iqtisadiyyata təsiri danılmazdır. Dünya bazarında bu, hər bir dövlətin ən mühüm üstünlüklərindən biridir. O, ölkəyə investisiya gətirir, ixracata dəyər qatır, turistləri və bacarıqlı miqrantları ölkəyə cəlb edir. “Brand Finance” konsaltinq şirlətinin builki “Nation Brands” (“Milli Brendlər”) hesabatında güclü milli brendin verə biləcəyi üstünlüklərdən söz açılır. Hesabatda həmçinin dünyada baş verən hadisələrin və düzgün idarə olunmayan milli brendin vurduğu iqtisadi ziyandan da danışılır.

Azərbaycan brendi də ciddi dəyər itirib və 28 faiz geriləmə göstərərək sondan 5-ci yerə düşüb. Buna həm Aprel ayında Qarabağ münaqişəsinin canalanması, həm də ölkənin insan hüquqları sahəsində ciddi tənqid atəşinə tutulması səbəb olub. Milli brend ümumi cədvəldə hələ də nisbətən reytinqli olsa da, brendin “dəyəri” 41 milyard dollardan 29 milyarda düşüb.

Daha çox göstər
Back to top button