Tigran Balayan: Əliyevin DQ məsələsi ilə bağlı bəyanatı danışıqlar prosesini pozma cəhdidir
Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanatları həqiqəti dəyişdirmək və danışıqlar prosesini pozmak üçün nöbəti uğursuz cəhd idi. Bu haqda “Azadlıq” Radiosuna ER XİN mətbuat katibi Tigran Balayan Azərbaycan prezidentinin “RİA Novosti” agentliyi ilə müsahibədə Qarabağ münaqişəsinin niazamlanması barədə bəyanatlarını şərh edərək bildirib.
“Əliyev tərəfindən qeyd edilmiş ATƏT Minsk qrupunun həmsədr ölkə başçılarının bəyanatlarında aydın şəkildə deyilir ki, Dağlıq Qarabağın statusu DQ xalqının hüquqi iradəsi ilə təyin olunacaq.
Azərbaycan rəhbərliyi özünü aldatmadan azərbaycanlı cəmiyyətin güzünə toz salmasaydı daha yaxşı olardı. Bir həftə əvvəl Azərbaycan lideri danışıqların real məzmunu haqda etiraf etmişdi ki, Bakını Dağlıq Qarabağ müstəqilliyini tanımağa çağırıblar”,-deyə Balayan qeyd etdi.