Beynəlxalq

İlham Əliyevin iqtidara gəlməsindən sonra dindarlara, dinə basqılar artmağa başlandı.

Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi”Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu haqda Contact.az məlumat verir.

Daha sonra Abbas Hüseynov karsdakı vəziyyətdən danışdı. “Məni karsa salıblar. Hələ də karsdayam. Nəyə görə karsa salındığım isə bilinmir.  Bu onun göstəricisidir ki, Mehriban Əliyevaya qarşı olan təhqirləri araşdırmaqdan, bizi karsa salırdırırlar.  Şənbə günü yağış yağırdı. Həmin soyuq havada polislər üç nəfəri soyundurub döydülər. Sabahı (bazar günü) altı nəfəri döyüblər. İnsan haqları bu işlə maraqlansın. Hamı bilir ki, bizim həbs olunmağımıza səbəb ifşa etdiyimiz haqsız rejimə görə burdayıq, silaha görə yox”.

Məhkəmə prosesi zamanı Hacı Tale hakimiyətin ünvanına bir sıra ittihamlar səsləndirib. “Onlar bizi, biz onları qorxutmaq istəyirik. Onlar narahatdılar, çünki itirəcək çox şeyləri var. Azərbaycana bir obyekt kimi baxırlar. Elə bir gözəl güşə yoxdur ki, oranı hasara almasınlar. Heydər Əliyevin vaxtında belə şeylər yox idi. 2003-cü ildən sonra dindarlara, dinə basqılar, hicaba qadağalar artmağa başladı. Bunlar qorxaq olduqları üçün Nardarana o cür girdilər. Mən üç ay azadlıqda oldum gördüm bunlar necə qorxurlar.”

Daha çox göstər
Back to top button