Ekonomika
İnvestisiyalar Azəbaycan iqtisadiyyatını tərk edir
Nemət Əliyev: “Əsas səbəbi əlverişsiz siyasi, iqtisadi və hüquqi mühitdir”.
İki ilə 57% və ya 8,7 milyard dollar azalıb investisiya qoyuluşu. Azalmanın 39%-i ötən ilin, 60%-i isə bu ilin payına düşüb. Ötən illə müqayisədə bu il vəziyyət daha çox pisləşib.
Bu barədə Azadliq.info məlumat verir.
Bir il əvvəlki vəziyyətlə müqayisədə bu il bu göstərici emal bölməsində 69%, qeyri-neft sənayesində 73%, kənd təsərrüfatında 66%, xidmət sahələrində 73% pisləşib. Hətta neft sektoruna yatırımlar da azalıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı 9 aylıq iqtisadi və sosial inkişafa dair makroiqtisadi göstəricilərin təhlilindən bu nəticələrə gəlmək mümkün olub.