Beynəlxalq

Azərbaycanda kənd təsərrüfatına investisiyalar 44,3 faiz azalıb

“Turan” agentliyi Dövlət Statistika Komitəsinə istinadən yazıb ki, dənli və dənli-paxlalı bitkilərin istehsal həcmi 2,8 mln ton olub. Bu, ötən ilkindən 1,9 faiz çoxdur. Taxılın məhsuldarlığı 1 hektara 29,6 sentner olub.

 

Meyvə və giləmeyvə istehsalı (539 min ton) 5,4 min ton artıb, üzüm istehsalı (98,7 min ton) 13 min ton azalıb.

Kənd təsərrüfatına investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz azalaraq 173,3 mln manat olub.

Ekspert Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları reallığı əks etdirmir. Ekspert hesab edir ki, Statistika Komitəsinin hesablama metodologiyaları ilə real göstərici əldə etmək mümkün deyil: “Komitə arzu edilən rəqəmi səsləndirir, yuxarıdan göstəriş verilir ki, hansı sahədə hansı rəqəmi ictimai rəyə çatdırmaq lazımdır.  Bizim hesablamalarımız göstərir ki, ölkədən ixracın azalması və idxalın artması nəticəsində ötən ilin 9 ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalında təxminən 800 milyon dollara yaxın azalma var.İstehsalda 20 faiz azalma varsa, çəkidə də bir o qədər azalma var. Əgər kənd təsərrüfatında istehsal artsaydı, qiymət artmazdı, alıcılıq qabiliyyəti azaldığı vaxtda qiymətin artımı ondan xəbər verir ki, istehsal ciddi şəkildə azalıb”, – deyə Vahid Məhərrəmov bildirib.

Daha çox göstər
Back to top button