ER Müdafiə Nazirliyi: Rusiya “İskender-M” komplekslərinin istifadəsini dayandıra bilməz

ER Hökuməti “iskender M” operativ-taktiki raket komplekslərindən nə zman istifadə etmək istərsə, rəqibə vura bilər. Bu haqda oktyabrın 20-də ER Silahlı Qüvvələrinin raket qüvvələri və artilleriya qərargahının rəisi, şöbə başçısının müavini polkovnik Artavazd Yağmuryan mətbuat konfransda bildirərək qeyd etdi ki, bu qərar başqa bir dövlətinin deyil, Ermənistanın hüquqi qərarı olacaq.
Yağmuryanın sözləri ilə ER Müdafiə Nazirliyi “İskender-M” operativ-taktiki raket kompleklərini əldə etdikdən əvvəl mütəxəssislər üçün təlimlər təşkil etmişdi və onlar Ermənistanın aldığı bu komplekslərin istifadəsində iştirak ediblər.Təlim personalı “İskender-M” operativ-taktiki raket kompleklərini qəbul etdi.
“Personalımızın “İskender-M”-in istifadəsində bir problemi olmayacaq”,-deyə Yağmuryan bildirib.
Polkovnik Zori Gabrielyan isə, qeyd etdi ki, Ermənistan “İskender-M” kompleksləri Rusiyadan aldı, lakin Rusiyanın onların iş qarşısını almaq üçün texniki imkanları yoxdur. “Bu bizim silahımızdır və bunların istiafdəsini də biz planlaşdırırıq”.
“Smerç” yaylım atəş sisteminə gəlincə isə, Yağmuryan deyib ki, bu silahın personalı da 1996-cı ildə təhsil görmüşdü. “Bu silahın istifadəsində mütəxəssislərimiz vardır”.