Siyasət
ER Xİ naziri: Azərbaycan Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların həyata keçirilməsindən inadla imtina edir

ER Xarici İşlər naziri Edvard Nalbandyan oktyabrın 20-də Cənubi Qafqaz və Gürcüstan məsələləri üzrə Aİ xüsusi nümayəndəsi Herbert Zalberi qəbul edib.
Görüş zamanı Qarabağ məsələsi üzrə Vyana və Sankt-Peterburqda baş tutmuş zirvələrdə əldə edilmiş razılaşmalara da toxunublar.
Ermənistan Xarici işlər naziri vurğulayıb ki, sülh prosesini irəli sürmək üçün bu razılaşmaların həyata keçirilməsi zərurətdir, lakin Azərbaycan tərəfi inadla imtina edir.
Aİ xüsusi nümayəndəsi Vyana və Sankt-Peterburqda baş vermiş zirvələrdə əldə edilən razılaşmaların həyata keçirilməsinə və ATƏT Minsk Qrupu həmsədrlərliyinin himayəsində həll prosesində irəliləyiş təşviq etmək üçün göstərilən səylərə Aİ-nın dəstək verdiyini bir daha da təsdiq etdi.