Aİ xüsusi nümayəndəsi: Atəşkəs rejiminin qorunması danışıqlar prosesinin ən önəmli komponentidir

Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar ümid edirlər ki, apreldə baş vermiş hadisələrdən sonra Qarabağ-Azərbaycan təmas xəttindә atəşkəs rejimi riayət ediləcək. Bu haqda Artsax Xarici İşlər naziri Karen Mirzoyan ilə görüşdən sonra jurnalistlər ilə müsahibədə Aİ xüsusi nümayəndəsi Herbert Zalber bildirib.
“Armenpress”-in verdiyi məlumata görə, Herber Zalber qeyd etdi: “Təəssüf ki, atəşkəs rejimi kobudca pozulub və düşünürəm ki, aprel hadisələrinin təkrar olmasının qarşısını ala bilirik, çünki atəşkəs rejiminin qorunması danışıqlar prosesinin ən önəmli komponentidir. Mən ümid edirəm ki, apreldə baş vermiş hadisələr bir daha omayacaqlar”.
Qarabağ-Azərbaycan təmas xəttində son təxribat cəhdinə gəlincə isə, Herber Zalber qeyd etdi ki, bu barədə müxtəlif mənbələrdən xəbər aldı,lakin müvqəyini bildirmək üçün daha çox məlumat lazım.
Artsax Xarici İşlər naziri Karen Mirzoyan ilə görüşməsinə toxunaraq Zalber deyib ki, regional vəziyyət ilə bağlı məsələlər, münaqişənin həlli üçün təkliflər və digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılmışdı.