Karen Mirzoyan danışıqlar prosesinə Artsaxın daxil olmasını obyektiv zərurət kimi həsab edir

Qarabağ münaqişəsinin danışıqlar prosesinə Artsaxın daxil olmasını obyektiv zırurətdir. Bu haqda Yerevanda Aİ xüsusi nümayəndəsi ilə görüş zamanı Artsax Xarici İşlər naziri Karen Mirzoyan bildirib.
“Danışıqlar prosesində Artsaxın iştirakı bir istək ya da tələb deyil. Bu obyektiv zərurətdir. Baş verən hadisələr bir daha da göstəriblər ki, danışıqlar prosesində Qarabaın tam iştirakı olmadan, real bir irəliləyiş ola bilmir”,-deyə Karen Mirzoyan bildirib.
Artsax Xarici İşlər naziri Karen Mirzoyan Qarabağ-Azərbaycan təmas xəttində baş vermiş son hadisəyə toxunaraq qeyd etdi ki, bu çox təhlükəli siqnaldır.
“Bu bir daha da göstərir ki, Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaları dərhal həyata keçirmək lazım. Önümüzdəki günlərdə ATƏT Mİnsk Qrupu həmsədrləri Artsaxa gələcəklər. Biz keçmişdə baş vermiş hadisələr barədə düşüncələrimizi təqdim edəcəyik. Həmişə olduğu kimi, biz gözləyirik ki, söhbət açıq atmosferdə keçiriləcək”,-deyə nazir əlavə etdi.
Aİ xüsusi nümayəndəsi ilə görüşə gəlincə isə, Karen Mirzoyan qeyd etdi ki, Artsax və Avropa İttifaqı arasında olan əlaqələr ilə bağlı bir sıra məsələləri müzakirə etdilər.
“Əlbəttə ki, danışıqlar prosesinin cari vəziyyətə də toxunduq. Bu baxımdan Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmaların dərhal həyata keçirilməsinə əhəmiyyət verdik. Görüşlərimiz üçün gündəmi məsələlərə də toxunduq”.