Beynəlxalq

Prokuror H.Əliyevin abidəsində qraffitinin müəllifini 9 il həbs etməyə çağırıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “NİDA” hərəkatının fəalı Qiyas İbrahimovun işi üzrə prosesdə prokuror son sözlə çıxış edib. O, Bayramovu böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilməyi və 9 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib. Oktaybrın 25-də prosesdə müdafiə tərəfi yekun sözlə çıxış edəcək.

Xatırladaq ki, Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunublar. Amma onların həbsinin əsl səbəbi Heydər Əliyevin abidəsində “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” şüarları yazmalarıdır.

 

Daha çox göstər
Back to top button