İran KİV-i Azərbaycanda xalqın narahatlıqlarını proqnoz edir
“Azərbaycan hakimiyyətləri illər uzunu şiələrə qarşı təzyiqlər icra edib”-bu haqda İranın “Keyhan” gündəlik qəzeti məlumatlandırıb.
İran mənbəyi Azərbaycanın dini siyasətçiliyinə dair bir məqalə dərc edib.
Orada məqələnin müəllifi Səməd Həsənzadə Azərbaycan hakimiyyətlərinin şiələrə dair varis etdikləri siyasətçiliyi Bahreyni hakimiyyətlərinə bənzədib.
Bahreyn hakimiyyətləriylə uyğunluqda Azərbaycanı həmçinin “bir Bahreyn” olaraq səciyyələndirib.
Məqalənin müəllifi, sentyabrın 26-da Azərbaycanda keçirilən Konsitusiya referendumuna geri dönərək xüsusən qeyd edib:
“Konsitusiya dəyişiklikləriylə bağlı Azərbaycan hakimiyyətləri tərəfindən həyata keçirilən qeyri-demokratik addımlardan sonra aydın oldu ki, o ölkənin konsitusuyası dəyişilərək “ailə” konstitusiyasına çevrilib”.
Səməd Həsənzadə sözünü davam etdirməklə əlavə edib:
“Şübhəsiz ki, azərbaycanlı ziyalıların məlumatlanması nəticəsində yeni qəbul olunan konstitusiya xalqın narahatlıqları və şikayət aksiyalarının irəli gəlməsi üçün yararlı şəraitlər yaradacaq”.
Farsdilli “Azəriha.orq” saytının verdiyi məlumata görə, İranın “Azərbaycan” gündəlik qəzeti həmçinin Azərbaycandakı şiələrə geri nəzər salaraq qeyd edib ki, illər uzunu Azərbaycan şiələrinə qarşı müxtəlif növlü təzyiqlər həyata keçirilib.