Təhlil
Pyotr Svitlovski: Ermənistan iqtisadiyyatı nə qədər uğurlu olursa, Aİ üçün o qədər də yaxşı olar

Ermənistan və Avropa İttifaqı əməkdaşlığının nəticəsində “Aİ biznes üçün” adlı tədbirləri başlanıblar və bunların çərçivəsində bir həftə biznesin inkişafına həsr olunmuş görüşlər keçiriləcək.
Bu gün jurnalistlərlə müsahibədə Ermənistanda Aİ nümayəndəliyinin başçısı, səfir Pyotr Svitlovski bildirib ki, tədbirlərin Ermənistanda keçirilməsi göstərir ki, ölkə təşəbbüs mərkəzidir.
“Avropa İttifaqı öz profilini şərq tərəfdaşlığı ölkələrində iqtisadi artımın dəstəklənməsində görür. Biz inanırıq ki, iqtisadi dözümlülüyə xüsusi diqqət ayrılmamız lazım. Ona görə də, iqtisadi inkişafı üçün yaxşı imkanlar təmin etmək məqsədiylə bu məsələdə Ermənistana dəstək veririk”,-deyə Pyotr Svitlovski qeyd etdi.