Təhlil

Yeji Novakovski: İlin sonuna qədər ER və Aİ arasında ciddi texniki müqavilə olacaq

Ermənistan və Avropa İttifaqı arasında yeni çərçivə qanunvericilik sənədi ilə bağlı gedən danışıqlar daha da intensivləşiblər.

Tert.am-a müsahibədə Ermənistanda Polşanın Fövqəladə və səlahiyyətli səfiri Yeji Novakovski deyib: “Bilirəm ki, yeni sənəd keçmiş Assosiasiya müqaviləsindən fərqlidir, çünki o daha geniş idi. Lakin keçmiş razılaşma Ermənistanı məhdudlaşdırırdı və Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxilolma işlərinə maneə olurdu. Bu məsələni daha da ağırlaşdırmışdı, lakin əminəm ki, qarçımızdakı həftələrdə bu məsələnin müsbət nəticəsi olacaq. Danışıqlar intensiv şəkildə davam edilir”.

Sənəd nə zaman hazır olacaq sualına isə, səfir cavab verib ki, “Bu ilk əvvəl Ermənistandan və biraz da Avropa Komissiyasından asılıdır. Lakin biz düşünürük ki, bu proses ilin sonuna qədər başa çatmalıdır. Bundan sonra isə, sənəd Aİ-nin üzv dövlətləri tərəfindən təsdiq edilməlidir”.

Yeji Novakovski vurğulayıb ki, nəticədə ER-Aİ arasında ciddi texniki müqavilə olacaq.

Daha çox göstər
Back to top button