Siyasət

Apreldə Azərbaycanın Artsaxa qarşı törətdiyi təcavüzün nəticələri Malta kanslerinə təqdim edilib

“Orta əsrlərdən bəri Kilikiya Erməni Krallığı və Orden arasında olan sıx əməkdaşlıq əlaqələrin genişləndirməsi və gücləndirməsi üçün tarixi və mədəni əsasdır”. Bu haqda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Malta Suveren Hərbi Ordenin kansleri və xarici işlər naziri Albert Fon Bezılager ilə görüşdə bildirib.

XİN mətbuat xidmətinin verdiyi məlumatlara görə, nazir Nalbandyan Malta Suveren Ordeni tərəfindən Ermənistanda və Artsaxda keçirilən humanitar proqramlarını yüksək qiymətləndirib.

Baron Albrext Fon Bezılager qeyd edib ki, Malta Şahzadəsinin Ermənistana etdiyi səfəri ikitərəfli əlaqələrdə yeni start olacaq.

Edvard Nalbandyan apreldə Artsaxa qarşı Azərbaycanın törətdiyi təcavüzün nəticələrini, beynəlxalq humanitar hüququnun və beynəlxalq insan hüquqlarının kobud pozuntularını təqdim etdi.

Eyni zamanda nazir Nalbandyan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesində irəliləyiş təmin etmək üçün zəruri şəraitlərin yaradılması istiqamətində Ermənistan və ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə səylərinə də toxunub.

Daha çox göstər
Back to top button