BaşlıcaSiyasət

Dağlıq Qarabağın statusunun ətrafında səmimi müzakirələr aparmaq lazımdır: Ceyms Uorlik

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ statusu barədə müzakirlər açıb.

Bunu bu gün Yerevanda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceym Uorlik bəyan edib.

“Bu elə bir şeydir ki, hamımız alqışlamalıyıq. Biz bu məsələnin ətafında səmimi müzakirələr aparmalıyıq. Mövqelər üst-ütsə düşməyə bilər, ancaq vacibdir ki, onlar ictimaiyyətə təqdim edlisin. Biz prezident Əliyevin bəyanatını alqışlayırıq. Danışıqların bütün detalları ictimaiyyətə təqdim olunmalıdır”,-deyə Uorlik bəyan edib.

O, həmçinin qeyd etdi ki, Ermənistan və Azərbaycan prezidentləri sülh yolu ilə irəlləməkdə razıdırlar.

“Prezident Sarkisyan ilə addımlarımız aydınlaşdırmaq istəyirik. Səfərimizin məqsədi Vyana və Sankt-Petreburq razılaşmalarının həyata keçirməsində bəzi təfərrüatların aydınlaşdırılmasıdır”,-deyə Uorlik vurğuladı.

Daha çox göstər
Back to top button