Təhlil

Ermənistan İranı Avropa ilə birləşdirərək yaxşı mövqe ala bilər

Ermənistanda Amerika Ticarət Palatasının sədri Tigran Crbaşyan “Armenpress”-a müsahibədə Ermənistanın İranla birgə iqtisadi zona yaratmaq və Avrasiya İttifaqının formatları ilə azad ticarət rejimini qurmaq cəhdlərini yüksək qiymətləndirib. Tigran Crbaşyan əmindir ki, Ermənistan daha əlverişli mövqedə ola bilər.

“Ermənistan və İran qədim qonşulardır və yaxşı əlaqələri var, İranda erməni icması var. İranın iqtisadi potensyalından və yaradılmış imkanlarından istifadə etməsində daha yaxşı mövqelərdə olmak üçün bir çox faktorlar vardır. Addımlar atdıq, lakin çox ölkələr qabaqdadırlar”,-deyə Tigran Crbaşyan əlavə etdi.

İqtisadiyyatçı qeyd etdi ki, İran istiqamətində Avropa biznes nümayəndələri aktiv şəkildə çalışırlar. Orada bir çox analitiklər əməkdaşlığın mümkün yollarını axtarırlar. “Avropada biznes olduqça aktivdir və onlar aqressiv şəkildə İran bazarını analiz edirlər. Ermənistanın tranzit ölkə olmaq imkanı var, biz İranı Avropa ilə bağlanan vasitəçi olaraq daha da yaxşı mövqedə ola bilirik ”,-deyə Tigran Crbaşyan bildirib.

Daha çox göstər
Back to top button