Siyasət

Ermənistanda və digər MDB ölkələrində hava hücumundan müdafiə sisteminin təlimləri keçirilir

MDB 7 ölkəsində hava hücumundan müdafiə etmə birgə sisteminin təlimləri başlanıblar.

Bu haqda “Ria Novosti” Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiya şöbəsinə istinadən məlumat yayıb.

Təlimlərə üzv ölkələrindən 130-dan artıq komandir nöqtəsi,  Su-27, MİQ-29, MİQ-31 döyüş təyyarələri,  Su-24, Su-34  havadan hücum təyyarələri, Su-25, və Tu-22, Tu-160, Tu-95 ağır bombardmançı 100-ə yaxın təyyarələri, Ka-27, Mi-8 vertolyotları daxil edilib.

Təlimlər zamanı hava və dövlət sərhədlərinin pozulması, təyyarənin qaçırılması və təyyarə qəzasında personala yardımın təmin edilməsi kimi hallarda keçiriləcək tədbirləri hazırlanıblar.

Təyyarələrin personalları Rusiya, Belarus, Qazaxıstan və Ermənistan hava ərazisində də taktiki əməliyyatlarını keçiriləcəklər.

Təlimlərdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunları iştirak edirlər.

Daha çox göstər
Back to top button