Beynəlxalq

Heykələ yazmağa görə gənc fəal 10 il azadlıqdan məhrum edildi

Qiyas İbrahimov Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” şüarları yazmağa görə azadlıqdan məhrum oldu.

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Nida” Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə Azadlıq Radiosu xəbər verir.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Q. İbrahimov prosesdə son sözlə çıxış edib. O, ittihamla razılaşmadığını deyib. Daha sonra hökm oxunub. Hökmə əsasən, Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək, Q. İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunublar. Amma onların vəkilləri həbslərinin əsl səbəbi kimi Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” şüarları yazmalarını göstərir.

Qiyas  İbrahimovun son sözünündə deyib:

“Mən, mənə verilən  bu ittihama görə özümü müdafiə etmək fikrim yoxdur… Bu ittihamın qaranlığında yatan əsl səbəb bu ölkənin mövcud olan sistemin yalanlarına yetəri qədər sivil şəkildə adi tələbə gənc ruhu ilə etiraz etməyimdi, heç bir yazılı qanunu  pozmamışam.Hansı ki bu sistem yazılmamış qanunları ayaqda tutur, köləliyi azadlıq kimi göstərir. Bu qanunları pozanda cəzasız qalmaq mümkün deyil.Bir aktivistin dinc etirazı ,blogerin hazırladığı video, jurnalistin yazdığı gerçəklər… Mən də həmin qanunu pozmuşam və bu vəziyyətdə olanların sırasına qoşulmuş sayılıram”.

“Polis bizə yer süpürtdürür, guya alçaldıb. Aciz məxluq başa düşmür ki, biz onun dediyini eləməklə alçalmırıq.Biz o zaman alçalırıq ki, küçələri  yaşlı nənələr süpürür, oturub kresloda kök salan, bizim kimi gənclərə  qabağımda diz çökməlisiniz, mən şaham , meydanlarda anaları sürüyəndə, Nardarana girib orada haqqlarını istədilər deyə, onları öldürüb, qalanlarını da bizi kimi işgəncə verib,qorxutdular, bizi alçaldan budur.  Biz həbsi belə gözə almışıq. Bütün vicdan məhbusları məhkəmə qapısından içəri girəndə bütün ümudlərini çöldə qoyub girirlər. Mən də bütün ümidlərimi çöldə qoyub bu məhkəmə salonuna girmişəm. Bu həbslər mənim üçün və başqaları üçün müvəqqəti çətinlikdir.Bu çətinliyi  çəkməkdən qorxmuruq. Anama demək istəyirəm ki, olmayan ədalətdən bəraət istəməsin. Son sözümdən  sonra dövlət ittihamçısının  üzündən görmək olar ki, o mənə 9 il istədiyi üçün , və maksimum cəzanı istəmədiyi üçün peşmandır.Açığı bu hal məni çox şənləndirir. Cənab hakim haqqımda qərar verəndə  çəkinməyin. Biz doğru olana inanırıq.Ona görə də həbslər, işgəncələr  bizi köləyə və qula çevirməz”, – deyə İbrahimov bildirib.

Daha çox göstər
Back to top button