Ekonomika

Politoloq: ER-Aİ danışıqları intensiv və konstruktiv atmosferdə keçirilir

“Yerevanda Ermənistan və Avropa İttifaqı arasında nöbəti iclası keçirilib. İclas yeni hüquqi sənədin son müddəaların aydınlaşdırılmasına həsr edilmişdi”. Bu haqda jurnalistlərlə müsahibədə politoloq Sergey Minasyan bildirib.

Onun sözlərinə görə, danışıqlar intensiv və konstruktiv atmosferdə keçirilib və inkişaf sənədi ilə bağlı ciddi razılaşmalar var.

Politoloqa görə, danışıqların uzun sürməsi göstərir ki, həm Yerevan, həm də Brüssel yalnız  formal bir siyasi sənədin olmasını istmirlər. “Ermənistanın Avrasiya İttifaqının üzvü olaraq bəzi öhdəlikləri vardır və ciddi bir sənəd hazırlanır. Ermənistan və Avropa İttifaqı sənədə iqtisadi və ticarət komponenti daxil etmək üçün intensiv şəkildə çalışırlar”,-deyə Minasyan qeyd edib.

Daha çox göstər
Back to top button