Yerevanda “Ekspo-Rusiya-Ermənistan və İran” (EXPO-RUSSIA ARMENIA plus IRAN) beynəlxalq sənaye sərgisi və Yerevan biznes-forumu keçiriləcək

Yerevanda artıq 7-ci dəfədir ki, “Ekspo-Rusiya-Ermənistan və İran (EXPO-RUSSIA ARMENIA plus IRAN) beynəlxalq sənaye sərgisi və Yerevan biznes-forumu keçirilir.
”Armenpress”in mətbuat zalında dəvət olunan icmalda “Ekspo-Rusiya-Ermənistan və İran” beynəlxalq sərginin təşkiledici komitəsinin sədri Davit Vardanyan qeyd etdi ki, beynəlxalq sənaye sərgisi Ermənistanda 2008-ci ildən etibarən həyata keçirilir:
“Tədbir çərçivəsində eləcə də biznes –forum keçiriləcək. Yalnız sərgidə 100-dən artıq birliklər iştirak edəcək.
Lakin ümumi baxımla iştirak etmək üçün 500 şirkətlər qeydiyata alınıb: Rusiyadan, Suriyədən, İrandan,Ermənistandan.
Hər bir şirkət konkret biznes proqramla gəlib”-deyə Davit Vardanyan qeyd edib. Sərgidə energetika, maşınqayırma, avtomobillər istehsal edən, inşaatçılıq, transport, kənd təsərrüfatı, elm və təhsil sahələrindən iştirak edir.
Ermənistanda Rusiyanın fövqalədə və səlahiyyətli səfiri İvan Volinkin bu beynəlxalq sərginin keçirilməsini mühüm hesab edərək qeyd etdi ki, o iştirakçı ölkələrin biznes sahəsinin aktivləşməsinə bu çox yardım edir.
Sərgi, bütün tərəflər üçün istehsalatın və imkanların nümayiş olunması və müqavilələri imzalamağın ən yaxş platformudur.Sərgi oktyabrın 26-28-də “Yerevan Ekspo” mərkəzində keçiriləcək.