Roma Papası dünyada özünün ən kiçik portretini hazırlayan erməniyə medal göndərib

Romanın Fransisko Papası dünyada özünü ən kiçik porteretini hazırlayan erməni ustasını mükafatlandırıb.
Bu haqda öz Feysbook səhifəsində portretin müəllifi, mikroheykəltəraşlığın təsissçisi Eduard Ter-Ğazaryanın nəvəsi kiçik Eduard Ter Ğazaryan ürək sözlərini yazmışdır.
“Ana Kürsü Surb(Müqəddəs) Eçmiadzindən Romanın Fransiskos Papasının sürpriz hədiyyələrini və onun imzasıyla foto şəkli mənə verdilər,hansılar ki, Papa tərəfindən dualanmışdır”-deyərək yazıda qeyd olunub.
Kiçik Eduard Ter Ğazaryan Roma Papasına hədiyyəni 2016-cı il iyunun 24-də sonuncunun Erməistana etdiyi ziyarəti çərçivələrində təhvil vermişdir.
“Üç aylardakı işimi nəhayət ki, Fransiskos Papasının dünyada ən kiçik 1 millimetrlik portreti yantar qırığı üzərində ünvan sahibinə çatdırdım.
Ümumerməni Qareqin İkinci Katolikosu Ana Kürsü Surb Eçmiadzində müqəddəs Kahinlər rəisinə onu hədiyyə etdi”-deyə Ter Ğazaryan bəyan edib.
Xüsusi portretini mikroskop altında görərkən Papa dərhal ucadan gülərək müəllifə təşəkkür bildirmişdir.