Beynəlxalq

Azərbaycan polisi “Nardaran işi” şahidlərinə işgəncə verib

«Nardaran işi» üzrə oktyabrın 26-da keçirilən məhkəmə iclasında şahid qismində dindirilən və sonradan Sabunçu rayon Polis İdarəsinə aparılan Valeh Abbasov və Samir Babayev sərbəst buraxılıb. Lakin hər iki şəxsə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində işgəncə verilib. Saxlanılan şəxslər polis bölməsində onlara elektroşok verildiyini bildiriblər.

 Axşam saatlarında sərbəst buraxılan Valeh Abbasov və Samir Babayevdən şənbə günü yenidən polisə gəlmələri tələb olunub.
Daha çox göstər
Back to top button