Siyasət

E.Şarmazanov: Ermənistan Parlamentinin bütün nümaynədəlikləri üçün Artsax Respublikasının beynəlxalq tanınması prioritet məsələdir

DQR Parlamentinin sədri Aşot Ğulyan ER Parlamentinin sədr müavini Eduard Şarmazanovu və onunla Stepanakertə gələn ER Parlamentinin deputatları Gagik Melikyanı və Karen Batoyanı qəbul etdi.

DQR Parlamentinin  mətbuat xidmətindən verilən məlumata görə, parlamentin sədri partnyorlarını salamlayaraq iki parlament arasında müxtəlif formatlarda olan əməkdaşlığın səviyyəsindən və görüşlərin tezliyindən məmnuniyyətini dilə gətirdi.

“Parlamentlərimiz arasında bu ildə çox isti və praktiki münasibətlər qurulub və məncə, iki parlament üçün də bu ən müsbət xülasə kimi hesab edə bilirik”,-deyə Aşot Ğulyan vurğuladı.

Qəbul üçün parlamentin sədrinə təşəkkürünü bildirən Eduard Şarmazanov qeyd etdi ki, Artsaxa edilən səfərlər iki parlament arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün (xüsusilə də beynəlxalq platformlara Artsaxın daxil olma maneələrini nəzərə alaraq) əhəmiyyətli fürsətdir.

“Ermənistan Parlamentinin bütün nümaynədəlikləri üçün Artsax Respublikasının beynəlxalq tanınması prioritet məsələdir”,-deyə Eduard şarmazanov bildirib.

Sonra isə, deputatlar regional, geosiyasi hadisələri, eləcə də gələcək əməkdaşlıq ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə DQR Parlamentinin sədr müavini Vahram Balayan və DQR Parlamentinin “Vətən” partiyasının lideri Artur Tovmasyan da iştirak ediblər.

ER deputatları səfər çərçivəsində Artsax Respublikasının Prezidenti Bako Sahakyan ilə də görüşəcəklər və bir sıra tədbirlərə qatılacaqlar.

Daha çox göstər
Back to top button