Təhlil

RF SQ hərbi bazası Ermənistanda təlimlər keçirib

Ermənistanda yerləşən Rusiya Federasiyasının 102-ci hərbi bazasınin bir həfdə davam edən təlimləri başa çatıb. Bu haqda RF Müdafiə Nazirliyinin rəsmi saytı məlumat verib.

Yoxalamalar ərzində bütün birləşmələr tədris həyacan siqnalı ilə ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Təlilərin planında əsasən, birləşmələr daimi yerləşdiyi qarnizonları tərk ediblər.

“Alagəz” poliqonunda hərbi bazanın tank, motoatıcılıq və artileriya birləşmələri tabor təlimləri keçiriblər. Təlimlərdə zenit-raket bölmələri, “Erebuni” hərbi hava limanında yerləşən “Mig-25” qırıcıları və Mi-24, Mi-8 helekopterləri də iştirak ediblər.

Yoxlamalar zamanı həbçilər taktiki, xüsusi, atıcılıq və digər hazırlıqları üzrə imtahanlar veriblər. İmtahanların bir qismi gecə şəraitində keçilib.

 

Daha çox göstər
Back to top button