Zagrebdə Arman Tatoyan Artsax insan hüquqları institutlarının daxil olma məsələsini qaldırdı

Zagrebdə keçirilən Avropa ölkələrində insan hüquqlarının milli institutlarının iclasında ER ombudsmanı Arman Tatoyan öz çıxışında beynəlxalq görüşlərə Artsaxın insan hüquqları institutlarının daxil olmasının əhəmiyyətliyini diə gətirdi.
Ombudsmanın rəsmi saytı məlumat verir ki, Arman Tatoyan öz çıxışında vurğulayıb ki, bölgənin siyasi vəziyyətindən asılı olmayaraq insan hüquqlarına dair məsələlərdə Artsax bütün müzakirələrə daxil edilməlidir. Bu baxımdan xüsusilə Artsax ombudsmanının rolu və iştirakın əhəmiyyətliyini qeyd edilib.
Sonra isə, Arman Tatoyan plenar sessiyasında bu mövzuda bir neçə təkliflər edib. Bunları təşkilatın baş katibi tərəfindən qeyd edildi və 2017-2019-cu illərdəki strateji planında müzakirə ediləcək.
Arman Tatoyanın çıxışından sonra Azərbaycan nümayəndəsi, müəyyən edilmiş proseduru pozaraq,siyasi bəyanatlar etdi guya ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib və BMT qətnamələri haqqında. A.Tatoyanın reaksiyasından sonra Beynəlxalq Ombudsmanlar İnstitutunun baş katibi Azərbaycan nümayəndəsini davranışı üçün qınayaraq qeyd etdi ki, insan hüquqlarına həsr olunmuş tədbirləri siyasiləşdirməməlilər. Sonuçda Azərbaycan nümayəndəsinin arqumentlərinə dəstək verilməyib.