Təhlil

Avropa və RF, münaqişə zonasında gərginliyin azalması üçün həm Yerevan, həm də Bakı ilə çalışmalıdır

Avropa və Rusiya Ermənistan-Azərbaycan ilə Qarabağ münaqişəsi zonasında gərginliyin azalması məqsədilə çalışmalıdır.

Bu haqda NEWS.am-a müsahibədə Bundestaqın Xristian Demokrat İttifaqının deputatı, Ermənistan-Almaniya forumunun sədri Albert Valyer bildirib.

Onun sözlərinə görə, təəssüf ki, apreldə qarşıdurmalar fəallaşmışdı. “Biz avropalılar və Rusiya Ermənistan və Azərbaycan ilə Qarabağ münaqişəsi zonasında belə hadisələrin azalması üçün çalışmalıyıq. Məsəslən, apreldəki olaylardan sonra Almaniya, ATƏT-ə sədrlik edən ölkə kimi, Ermənistan və Azərbaycan ilə müzakirələr aparıb və bu gərginliyin azalmasına gətirib. Almanyalı siyasətçilər və mən iki ölkə ilə birgə həll tapmaq üçün dialoqlara hazırıq. Lakin bu, əlbəttə, asan deyil”.

Daha çox göstər
Back to top button