İran mənbələri azərbaycanlı qadınların öz hüquqlarını qoruya bilməməsinin səbəini açıqladılar
Azərbaycanda qadınlara qarşı zorakılıqların qarşısını almaq üçün addımlar atılmır. Bu haqda İranın “Anac” xəbər agentliyinin saytında yayılan məqalədə yazılır.
Məqalədə Azərbaycanda qadınlara qarşı edilən zoraklıqlara toxunaraq oktyabrın 24-30 ərzində qadınların öldürülməsi halları qeyd olunur. “Məsələn, ər baltayla yoldaşını öldürdü, er keçmiş həyat yoldaşını benzinlə yandırdı, ər arvadını boğaraq öldürdü”.
İran mənbəsinin müəlifi əlavə edir ki, “Azərbaycanda qadınlara qarşı edilən belə zoraklıqları vətəndaş cəmiyyəti və müvafiq sektorunun məsul əməkdaşları tərəfindən laqeydlik olunur”.
İran mənbəsi Azərbaycanda qadın hüquqları ilə bağlı məsələlərini analiz edərək qeyd edir ki, “Azərbaycanlı qadınların öz hüquqlarını qorumamasının səbəbi odur ki, onlar islam evliliklərin ən mühüm elementlərindən olan ata mirasından və “mehrie”-dən məhrum qalırlar”.