Təhlil

İslam ekstremistlər Azərbaycanda da aktivləşiblər

Azərbaycanda terror aktları planlaşdıran silahlı dəstə zərərsizləşdirilib, iki nəfər öldürülüb. Azərbaycan Respublikasında terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran, ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli qanunsuz fəaliyyət göstərən silahlı dəstə yaradıldığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən xəbərə görə, müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşları ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüb.

Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görmüş, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.

Lakin bəlli ki, qrup haqqında hüquq-mühafizə orqanlarının verdiyi məlumatlarda bir şey əskikdir. Beləliklə, Azərbaycanda bu qrup ilə bağlı reallığı saxlamağa çalışırlar.

Azərbaycanın bəzi KİV-lərində bir foto yayıllanıb. Fotoda qrup üzvlərinin üzlərini görünmür və şəhadət barmaqları yuxarıya qaldırılmışdır. Aydındır ki, təşkilat üzvləri Yaxın Şərqdə işləyən islam ekstremistləri ilə bağlıdırlar. Unutmayaq ki, Azərbaycan keçmiş Sovet ölkələri arasında Suriya və İraqda döyüşən öz vətəndaşlarının sayısıyla ilk üçlükdadır (500 azərbaycanlı). Bu da göstərir ki, ölkədə islam ekstremistləri aktivləşiblər və onlar Azərbaycanda terror töredilməyə həqiqətən hazır idi.

Daha çox göstər
Back to top button