Beynəlxalq

Türkiyənin “Cumhuriyet” qəzetinin baş redaktoru saxlanıldı

Türkiyədə müxalifət «Cumhuriyet» qəzetinin baş redaktoru Murat Sabuncu və yazarlar Güray Öz, Aydın Engin, Hikmet Çetinkaya və Hakan Kara həbs olunublar. Tutulanların, eləcə də qəzetin digər yazarlarının evində axtarış aparılıb.

Bu barədə xəbər oktyabrın 31-də qəzetin internet səhifəsində yayılıb.
Həbslərin səbəbi barədə məlumat verilmir.

Türkiyədə çevriliş cəhdindən sonra minlərlə adam həbs olunub. Tutulanlar çevriliş planının müəllifi hesab edilən ilahiyyatçı Fethullah Gülen-lə əlaqədə günahlandırılanlardır.

Ancaq 1924-cü ildən bəri nəşr edilən «Cumhuriyet» qəzeti dünyəvi nəşriyyat orqanı kimi tanınır.

Daha çox göstər
Back to top button