Belçika Senatının sədri Erməni Soyqırımının təkzibçiliyini kriminallaşdırmaq ehtiyacını görür

Belçika Senatının sədri Kristian Defreyn Belçikada Erməni Soyqırımının təkzibçiliyini kriminallaşdırmaq üçün ehtiyac görür.
ER Parlament sədri Qalust Sahakyanla görüşdükdən sonra jurnalistlərlə görüşərkən Belçika Senatının sədri qeyd etdi ki, Belçika
Parlamenti Avropa parlamentləri arasında birincilərdən idi ki, 1998-ci ildə Erməni Soyqırımını məhkum edən güclü bir formula qəbul etdi.
”Biz də Soyqırımını təkzib edənləri kriminal cavabdehliklə bağlı qanun sahmanlaşdırılması naminə daha irəliyə getdik və
həmin istiqamətdə xeyli tez işləməyə başladıq.
Erməni Soyqırımının təkzibçiliyi bəli, gərək cinayətkarlıq olaraq qiymətləndirilsin.
O zaman öz məqsədimizə çatmadıq. Lakin, məncə Belçikanın müxtəlif səviyyəli parlamentləri tərəfindən Erməni Soyqırımını məhkum edən formulanın qəbuluyla biz öz məqsədimizin həyata keçirilməsinə çatacağıq”- deyərək Dıfreyn bəyan edib.
O, əlavə etdi ki, söz o haqda deyil ki, parlamentlərdir tarixi diktə edən.
Tarixi yeni nəsillərə ötürmək bir başa olan borcdur, məsuliyyətdir ki, birdəfəlik soyqırımlarının bütün aktlarını məhkum etsinlər.
“Bizim ölkələr gələcəyə doğru getməlidir. Məncə bizim xalqlarımızın oxşar dəyərləri vardır və həmin yolu davam etdirməyi bacaracağıq” –deyərək Belçika Senatının sədri əlavə edib.
Krisati Dıfreyn qeyd etdi ki, Avropanın qapıları Ermənistan qarşısında daima açıqdır:
“ Biz başa düşürük ki, Ermənistan sərt siyasi-cöğrafi mövqedədir. Bununla belə gərək deyim ki, Avropanın qapıları danışıqların , istənilən sahəsində iş və birgə inkişafı naminə daima açıqdır.
Belçika Ermənistana dəstək olmaq üçün öz qərarlarından geri durmayacaq və ona yardım etmək naminə var qüvvəsini sərf edəcəkdir”-deyərək o yekunlaşdırdı.