ER Xİ naziri və İndoneziyanın vitse-prezidenti mövcud problemlərin yalnız sülh yolu ilə həll olunmasını vurğulayıblar

İndoneziyanın vitse-prezidenti Yusuf Kallan rəsmi səfəri ilə Cakartada olan ER xarici işlər naziri Edvard Nalbandyanı qəbul edib.
Görüş zamanı tərəflər Ermənistan və İndoneziya arasında siyasi dialoqun aktivləşdiyini, müxtəlif şöbələr arasında olan əməkdaşlığı, ticarət və iqtisadi əməkdaşlığın təşviq edilməsini qeyd edərək bu məqsədilə biznes forumların təşkili edilməsinə, ticarət mərkəzləri arasında əməkdaşlığın qurulmasına, insanlar arasında əlaqələrin və turizmin genişləndirməsinə əhəmiyyət veriblər.
Yusuf Kalla və Edvard Nalbandyan bir sıra bernəlxalq və regional məsələləri və bunların həlli istiqamətində göstərilən səylər çərçivəsində fikir mübadiləsi aparıblar. İki tərəf də mövcud problemlərin yalnız sülh yolu ilə həll olunmasını və güc tədbiq etməməsini vurğulayıb.
Eyni gündə Edvard Nalbandyan İndoneziya Parlamentinə gedib. Orada Nümayəndələr Palatasının sədr müavini Agus Hermantoy və Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşüb.