Siyasət

Galust Sahakyan: Son il ərzində Belçika parlamentindən Ermənistana və DQ-a 4 nümayəndə heyəti gəlib

ER Parlamentinin sədri Galust Sahakyan noyabrın 1-də Belçika Senatının sədri Kristin Dıfreninin başçılıq etdiyi nümayəmdə heyətini qəbul etdi.

ER Parlamentindən məlumat verirlər ki, Galust Sahakyan Ermənistan və Belçikanın qanunverici orqanları arasında əməkdaşlığın və dialoqun inkişafına əhəmiyyət verib. ER Parlamentinin sədri iki ölkə arasında olan əlaqələrə toxunaraq qeyd etdi ki, inkişaf üçün böyük potensial var, lakin bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı hələ görünmür.

Parlament sədri məmnunluqla qeyd etdi ki, son il ərzində Belçikadan 4 nümayəndə heyəti Ermənistana və Dağlıq Qarabağa gəlib. Galust Sahakyanın fikrincə bu məsələlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, münaqişənin arka planı haqqında hərtərəfli məlumatlandırılma, bu məlumatları və təəssüratları tərəfdaşları ilə bölüşmək baxımından çox önəmlidirlər.

Dağlıq Qarabağ münaqişəsinin məsələsinə gəlincə isə, xanım Dıfreny ATƏT Minsk Qrupu həmsədrlərinin fəaliyyətlərini yüksək qiymətləndirərək qeyd etdi ki, Belçika Dağlıq Qarabağ münaiqşəsinin yalnız danışıqlar yolu ilə həll olunmasını görür və bu məsəllədə dəstək verməyə hazırdır.

Görüş zamanı tərəflər bildiriblər ki, Ermənistan və Belçika arasında əməkdaşlığın daha da gücləndirməsi və genişləndirməsi üçün mümkün olan hər şey ediləcək.

Daha çox göstər
Back to top button