Merqelin spikeri: ”Ölüm hökmünün qəbulu, AB-nə Türkiyənin üzvülüyünün sonu olacaq”

Rəsmi Berlin Türkiyədə “Cümhuriyyet” mətbusuna və onun jurnalistinə qarşı polisin əməliyyatlarını sərtliklə məhkum edib.
Almaniyanın Deutsche Welle agentliyinə istinadən qeyd edək ki, bu haqda jurnalistlərlə söhbətində Kansler Anqela Merqelin spikeri Ştefan Zaybert bəyan edib.
O qeyd edib ki, Merqel mətbuat azadlığını mühüm sayır və bu məsələ Almaniya və Türkiyə arasında keçirilən görüşlər ərzində müzakirə olunur, deyərək Ştefan Zaybert deyib:
“Ötən ayda Potsdamda Merqelin qonaqları sırasında həmçinin “Cümhuriyyet” mətbusunun keçmiş baş redaktoru Can Dyündar olmuşdur.
Merqelin sözünü xatırlatmaq istərdim hansı ki, Dyündara istiqamətlənmişdir. Kansler dedi:
“Mətbuat azadlığı mümkündür haçan ki, dövlətin müdaxiləsi yoxdursa”.Mətbuat azadlığı barədə bizim anlaşmamız bunlardır. Bu haqda biz türk hökumətinə müxtəlif görüşlər ərzində bildirmişik”.
O, eləcə də Türkiyədə ölüm hökmünün bərpasına geri dönərək qeyd edib:
“Ölüm hökmüylə bağlı bizim mövqeyimiz qətiyyətli və dəyişilməzdir. Ölüm hökmünü verən ölkə AB-nin üzvü ola bilməz. Odur ki,ölüm hökmünün icrası Türkiyənin AB-ə üzvülüyünün sonu olacaq”.
Zaybert faktlaşdırıb ki, bu nəinki yalnız Almaniyanın, həm də bu məsələdə bütün Avropanın mövqeidir.
Türkiyədə müxalif mətbuat vasitələrini susdurmaq hadisələriylə bağlı həmçinin Almaniya XİN-i öz narahatlığını bildirib.
XİN-nin spiker müavini Zavza Çeblin qeyd edibdir ki, Türkiyədə mətbuat azadlığıyla bağlı hadisələr özlərini həddindən artıq narahat edir.